İntim videosu ilə şantaj edilən yeniyetmə cinayətkarı bağışladıbackend

İntim videosu ilə şantaj edilən yeniyetmə cinayətkarı bağışladı

Bakıda TikTok-da tanış olduğu 2009-cu il təvəllüdlü yeniyetməni seksual xarakterli hərəkətlərə məcbur edən 17 yaşlı oğlan məhkəmədə hakim qarşısına çıxarılıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə ittiham olunan Bayram Bayramov (ad-soyad şərtidir) 1 il müddətinə islah işlərinə cəlb olunub.

Məlum olub ki, Bayram TikTokda tanış olduğu Nərgizlə (ad şərtidir) yaşadığı ünvanda qeyri-təbii yolla münasibətdə olub, daha sonra bunu videoya çəkib. Bayram növbəti dəfə bu videonu Nərgizə göndərərək yenidən münasibətə dəvət edib.

Nərgizin anası isə videonu görəndən sonra polisə müraciət edib.

Nərgiz məhkəmədə ifadəsində bildirib ki, onlar TikTok-da tanış olanda aralarında sevgi münasibəti yaşanıb. Bir dəfə öz razılığı ilə qeyri-təbii yolla münasibətdə olub. Sonradan bunu istəmədiyi üçün Bayrama razılıq verməyib.

Qeyd edək ki, Nərgiz məhkəmədə Bayramı bağışladığını, ondan şikayətçi olmadığını bildirib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*