Masallıda 800 abonentin qazı kəsiləcək – Bu səbəbdənbackend

Masallıda 800 abonentin qazı kəsiləcək - Bu səbəbdən

Masallı rayonunun bəzi kəndlərində qaz kəsiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, rayonun Öncəqala kəndində yerləşən orta məktəbə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Masallı qaz paylayıcı stansiyasından qidalanan Öncəqala və Hüseynhacılı kəndləri daxil olmaqla, ümumilikdə təxminən 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*