İnzibati xətaların ən çox qeydə alındığı sahə hansıdır?backend

İnzibati xətaların ən çox qeydə alındığı sahə hansıdır?

2021-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində inzibati xətalara dair 72,0 min işə baxılıb ki, bu da 2020-ci ilin göstəricisindən 2,8 faiz azdır.

Bu barədə KONKRET.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Baxılan işlərin 50,0 faizi idarəçilik qaydaları, 7,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 6,7 faizi yol hərəkəti qaydaları, 4,2 faizi mülkiyyət, 3,7 faizi sağlamlıq, 2,3 faizi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları, 1,4 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları, 0,9 faizi iqtisadi fəaliyyət qaydaları, 0,7 faizi hərbi xidmət əleyhinə olan, 3,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*