“iPhone” fabrikində işçilər ETİRAZA QALXDIbackend

"iPhone" fabrikində işçilər ETİRAZA QALXDI

Çinin Çjençjou şəhərində “iPhone” telefonlarının istehsalı üzrə ən böyük müəssisə olan “Foxconn”un fabrikində genişmiqyaslı etirazlar başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Weibo”da paylaşılan görüntülərdə böyük işçi qrupunun etiraz etdiyi görünür.

Artıq hadisə yerinə polislər gəlib.

Çin rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.

Qeyd edək ki, noyabrın əvvəlində Çin höküməti Çjençjou şəhərindəki “Foxconn” fabrikində ciddi antiepidemiya tədbirləri tətbiq edib. Bu, işçilərin narazılığına səbəb olub və onların bir qismi müəssisəni tərk edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*