İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir?backend

İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir?

“İmtiyazlı şəxslərə mənzil təqdim edilməsi onların növbəliliyi prinsipinə əsaslanır”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev verməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

“Bu da yerli icra hakimiyyəti orqanları tərəfindən aparılır. Qanunvericiliyin tələbi də ondan ibarətdir ki, hər hansı imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə mülkiyyət mənzil sahəsi nəzərə alınmalıdır. Sahə normativdən aşağıdırsa, çatışmazan hissə qədər mənzil sahəsi nəzərə alınıb. Bu günə qədər 14 150 mənzil verə bilmişik. Ancaq I və II Qarabağ müharibəsi şəhidləri və əlillər nəzərə aldıqda bu rəqəm verilən mənzil sayından qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması ehtiyacı daha yüksək olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evin verilməsi ilə nəticələnə bilər”,- deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*