“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində dörd dəqiqəlik yubanma yarandıbackend

“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində dörd dəqiqəlik yubanma yarandı

“Dərnəgül” – “Həzi Aslanov” metro stansiyaları istiqamətində vaqonun qapısında yaranmış nasazlıq səbəbindən dörd dəqiqəlik yubanma yaranıb.

Bunu KONKRET.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında ikən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub və bu səbəbdən maşinist qapıya baxış keçirib. Lakin Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatarı verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – o qeyd edib.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*