İqor Dodonun həbs müddəti uzadıldıbackend

İqor Dodonun həbs müddəti uzadıldı

Moldovanın sabiq prezidenti İqor Dodonun ev məhbusluğunun müddəti 20 sutka artırılıb.

KONKRET.az TASS agentliyinə istinadən xəbər verir ki, sabiq prezidentin ev dustaqlığının müddəti 11 oktyabra qədər uzadılıb.

“Bundan əvvəl prokurorlar həbs qətimkan tədbirinin daha 30 gün uzadılması ilə bağlı Kişinyov Rayon Məhkəməsinə vəsatət təqdim ediblər. İttiham tərəfi hesab edir ki, Dodon azadlıqda şahidlərlə əlaqə saxlamaq və sübutları məhv etməklə istintaqa zərər verə bilər”, – deyə prokuror deyib.

Dodon prokurorların tələbini əsassız adlandırıb. Vəkilləri eks-prezidentin azadlığa buraxılmasını tələb edib və üç gün ərzində bu qərardan apellyasiya şikayəti vermək niyyətindədirlər.

Qeyd edək ki, sabiq prezident may ayının sonu saxlanılıb və 108 gündür ki, həbsdədir. O, dövlətə xəyanət, qanunsuz varlanma, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmədə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*