“Azərbaycanda qalan bu qoşunlar, heç olmasa, qanunsuz silahlı dəstələr kateqoriyasına aid edilməlidir. İndi Ermənistan hərbçilərinin bir qismi Azərbaycan hərbçilərinə və mülki şəxslərə hücum etdikdən sonra statusları beynəlxalq terrorçulara çevrilib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ərazilərində hər hansı bir qeyri-qanuni xarici silahlı birləşmələrin olması təhlükəsizlik üçün təhdid yaradır. Bu səbəbdən şübhəsiz ki, bu birləşmələrin silahsızlaşdırılması və Ermənistan ərazisinə çəkilməsi üçün tədbirlərə ehtiyac var”.
KONKRET.az xəbər veriri ki, bu fikirləri hərbi ekspert İqor Korotçenko Rusiya mətbuatına açıqlamasınada söyləyib. Mütəxəssis hər hansı bir “partizan müharibəsi” ndən söhbət getmədiyini vurğuladı. Çünki bunlar qanunsuz olaraq Azərbaycan ərazisində qalmış xarici vətəndaşlardır. “Əgər kimsə partizan müharibəsi oyunu oynamaq istəyirsə, onlar artıq partizan deyil. Bu cür insanlar beynəlxalq terrorçular olduğunu anlamalıdır. Çünki Qarabağ Azərbaycan ərazisidir. Partizan müharibəsi ancaq öz ölkəsinin ərazisində aparıla bilər”.