İqor Popov Bakıya və İrəvana niyə gəlmədi? – Səbəb açıqlandıbackend

İqor Popov Bakıya və İrəvana niyə gəlmədi? - Səbəb açıqlandı

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov koronavirus infeksiyasına yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Məlumata görə, İqor Popov COVID-19-a yoluxduğundan həmsədrlərin regiona səfərlərində iştirak edə bilməyib.

Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri ötən gün Bakıda, bu gün isə İrəvanda səfərdə olublar. Həmsədrlərin Bakıda keçirdiyi görüşlərdə Rusiyanı bu ölkənin səfiri Mixail Boçarnikov, İrəvandakı görüşlərdə isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*