İqtisadi Şuranın növbəti iclası keçirildi – FOTOLARbackend

İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTOLAR

2022-ci il 24 noyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən” biri olan “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın yaradılmasından çıxış edərək İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunun təşviqinə yönəlmiş qanunvericiliyə dəyişiklik layihələri, o cümlədən, elmi tədqiqat və kadr hazırlığı proqramları ilə yanaşı, texnopark, vergi, sosial müdafiə, gömrük, miqrasiya qanunvericiliyinə dəyişikliklər, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə son dəyişikliklər, monetar siyasət və banklararası bazarın inkişafı məsələləri ətraflı müzakirə olunub.

Nazirlər Kabinetindən KONKRET.az-a verilən məlumata görə, iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*