İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.
Bildirilib ki, iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri ABŞ iqtisadçıları Ben S. Bernanke, Douglas W. Diamond və Philip H. Dybvig olub.
Onlar bu mükafata bank və maliyyə böhranlarının araşdırılmasına görə layiq görülüblər.