İran ABŞ-a meydan oxudu – Bölgəni dərhal tərk etsin…backend

İran ABŞ-a meydan oxudu - Bölgəni dərhal tərk etsin...

ABŞ-ın Suriya və İraqdakı hücumları terror aktıdır və bölgəni dərhal tərk etməsini istəyirik.

KONKRET.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

“ABŞ-ın İraqın təhlükəsizlik qüvvələrinə hücumu terrorun birbaşa sübutudur. Tehran bunu qınayır”, – Musəvi deyib.

Qeyd edək ki, ötən gün ABŞ Kərkük yaxınlığındakı hərbi bazasına edilən hücuma qarşılıq olaraq İraq və Suriyada Hizbullahın mövqelərinə zərbələr endirib. (Axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*