“Razılaşma əldə olunarsa, ABŞ İran iqtisadiyyatına sərbəst şəkildə sərmayə qoya bilər”.
KONKRET.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.
“Amerika sərmayələri ilə bağlı heç vaxt problemimiz olmayıb. Onlar özlərini İranın böyük potensialından məhrum ediblər. Təbii ki, yeni saziş bağlanarsa, ABŞ İranın iqtisadi potensialından tam şəkildə yararlana biləcək və biz onların müxtəlif sahələrə sərmayə yatırmasına imkan verəcəyik”, – Mohacerani vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az