İran Antarktidada tədqiqat stansiyası açmağı planlaşdırırbackend

İran Antarktidada tədqiqat stansiyası açmağı planlaşdırır

 İran Antarktidada özünün tədqiqat stansiyası qurmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu sözləri İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani deyib.

“Gələcək üçün planımız Antarktidada İran bayrağını ucaltmaqdır. İranın bu qitədə öz daşınmaz əmlakı var və biz orada öz stansiyamızı yaratmağa hazırlaşırıq. Cənub qütbündəki fəaliyyətimiz elmi xarakter daşıyacaq”, – deyə İrani bildirib.

Tehran Antarktidada 59,5° ilə 63,14° şərq uzunluğu arasında yerləşən təxminən 252 kvadrat kilometr əraziyə iddia edir.

Qeyd edək ki, bura Avstraliya da iddia edir, çünki İranın Antarktika ərazisi Avstraliyanın təsir zonası ilə üst-üstə düşür.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*