“İran Azərbaycanla dostluq eləmir, indi də başlayıb ki…” – Vahid Əhmədovbackend

"İran Azərbaycanla dostluq eləmir, indi də başlayıb ki..." - Vahid Əhmədov

“Azərbaycan məcbur olub  nəzarət etdiyi yolda xüsusi məntəqə yaradaraq oradan keçən İran avtomobillərinin yoxlamasını həyata keçirməyə başlayıb. İran nəinki bu gün, hər zaman, o cümlədən  44 günlük müharibə dövründə də bir dövlət olaraq Ermənistana  dəstək verib”.

KONKRET.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov İrana məxsus yük maşınlarının Qarabağa qanunsuz keçməsinə münasibət bildirərkən deyib.

“İran bizə dost, müsəlman qardaş desə də, əməldə tamamilə fərqli siyəsət yürüdür. Dost hesab etdiyi ölkənin düşməni ilə sıx siyasi, iqtisadi, ticari əlaqələr qurur. Əlbəttə ki, bu cür yanaşma qəbuledilməzdir.

Azərbaycan XİN yaranmış vəziyyətlə bağlı Tehrana nota verəsə də, nəticəsi olmadı.

Axı necə bilmək olar ki, həmin maşınlarda nə daşınır. Bəlkə silah-sursat daşınır?! Faktiki olaraq İran bizə dost desə də, altda başqa əməllərlə məşğuldur”.

Deputat onu da qeyd edib ki, İran indi də başlayıb Azərbaycanla Türkiyənin Xəzərdə keçirdiyi birgə təlimlərə irad bildirməyə: “İran tərəfinin sözüçüsü bəyan edir ki, Azərbaycan Türkiyə ilə birgə Xəzərdə təlimlər keçirə bilməz. Xəzər dənizi ilə bağlı 5 Xəzəryanı ölkələr Aktauda  müqavilə imzalayıb və burada ancaq bu ölkələrin birgə iştirakı ilə təlimlər keçirilə bilər. Deyərdim ki, İran bu gün çox mürəkkəb xarici siyasət yürüdür. Bununla nəyə nail olmaq istəyir. Mən başa düşə bilmirəm. Dost  hesab etdiyin Azərbayacanla belə xarici siyasət yürütmək qəbuledilməzidr. Azərbaycan dövləti qüdrətli və sözünü dövlətdir. Azərbaycan Prezidenti müstəqil siyasət yürüdür.  Azərbaycan inkişafdadır. Görünür bir çoxu bunu qəbul eləmək istəmədiyindən Azərbaycana qarşı dost olmayan münasibət bəsləyirlər. Amma bütün bunların heç bir mənası yoxdur”.

Deputatın fikrincə, bütün bu addımlar onu deməyə əsas verir ki, Tehran bölgədə dayanıqlı sülhün təmin olunmasında maraqlı deyil: “Əgər maraqlı olsaydılar, 44 günlük müharibədə  Azərbaycan Ermənistan üzərində qələbə çalsa da, hələ də bir sıra həllini tapmamış məsələlər var və onların həllində yardımçı olardılar. Ermənistan 10 noyabr 2020-ci ilə bəyanatının müəddəlarını yerinə yetrimir. Zəngəzur dəhlizi, sərhədlərin demarkasiya və delimitasiyası, Rusiya slühməramlılarının Qarabağdakı erməni yaraqlılarını çıxarması və sairlə bağlı müəddəalar icra olunmamış halda qalır. Atəşkəs rejimi pozulur. Bütün bunlar onu göstərir ki, İran Azərbaycanla dostluq eləmir. Bu cür dostluq olmaz”./ölkə.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*