İran Baş Qərargah rəisi: “Vurmağa davam edəcəyik”backend

İran Baş Qərargah rəisi: “Vurmağa davam edəcəyik”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əbdülrəhim Musəvi bəyan edib ki, Tehran “sionist rejimə” məxsus hər bir hədəfə hücumlarını davam etdirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinə məxsus hərbi bazanı ziyarət edən Musəvi oradakı hərbçilərin yüksək mənəvi ruhunu və döyüş hazırlığını xüsusi olaraq qeyd edib.

“Allahın köməyi ilə biz aqressiv sionist rejimə məxsus istənilən hədəfə zərbə endirməyə davam edəcəyik və qarşımızda heç bir maneə görmürük,” – deyə general bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*