İran Avropa İttifaqı (Aİ) ölkələrindəki bəzi qurum və şəxslərə qarşı sanksiyalar tətbiq edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyaların edilməsinə səbəb həmin şəxslərin İranda insan haqlarının pozulmasına səbəb olan terror və zorakılıq kimi halları qızışdırmasıdır.
Sanksiyaya məruz qalan qurumlar arasında Çexiyada fəaliyyət göstərən Radio Ferda, Hollandiyada yerləşən Radio Zamane və Fransız Charlie Hebdo jurnalı, həmçinin kimyəvi silah istehsalında iştirak etdiklərinə görə Almaniyada yerləşən Water Engineering də var.