İran diplomatiya yolunu tərk etməyib.
KONKRET.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında deyib.
O qeyd edib ki, İran Avropa Birliyi rəsmiləri və bir sıra dünya liderləri ilə bu məsələdə danışıqlar apardığı bir vaxtda ABŞ İrana hücuma dəstək göstərib:
“İran İsrailin hücumlarına cavab vermə hüququnu özündə saxlayır. BMT üzvü olan bütün ölkələrdən, xüsusilə region və İslam ölkələrindən, Qoşulmama Hərəkatının üzvlərindən bu hücumu qınamaları və əməli addımlar atmaları gözlənilir”.