“Ermənistanın dəyişəcək xarici siyasət kursu yoxdur. Yalnız təsadüfi, əsassız addımlar atılır”
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş spikeri, politoloq Tiqran Torosyan deyib.
Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında şifahi atışma onu göstərir ki, diplomatik iş aparılmır.
“Kimsə Rusiyanın özünü kənara çəkdiyini düşünürsə, yanılır. Əgər Ermənistan öz problemlərinin həlli baxımından özünə təminat yaratmayıbsa, deməli, onun beynəlxalq münasibətlərdə özünü aparması yolverilməzdir”.
Ekspert qeyd edib ki, əgər Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun Bakı ilə sülhdən danışaraq etdiklərini davam etdirsə, o zaman İran Ermənistanın sərhədlərini qoruya bilməyəcək:
“Ermənistan öz sərhədlərini qorumasa, İran bunu etməyəcək”, – deyə Torosyan fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az