İran etirazçıları bu yolla qorxutmaq istəyirbackend

İran etirazçıları bu yolla qorxutmaq istəyir

Beynəlxalq insan hüquqları təşkilatları İranda etirazçıları qorxutmaq üçün ölüm hökmündən istifadədən şübhələnirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Express” nəşrində bildirilib.

“Bu insanlar heç bir qanuni proses və ya ədalətli mühakimə olmadan, İnqilab Məhkəməsinin qapalı qapıları arxasında edam cəzasına məhkum ediliblər, onların hökmləri heç bir hüquqi qüvvəyə malik olmayıb. Bu edamlar cəmiyyətdə qorxu yaratmaq, ictimaiyyətin diqqətini İran kəşfiyyatının uğursuzluqlarından yayındırmaq məqsədilə həyata keçirilir”, – “Human Rights”ın İran şöbəsinin rəhbəri Mahmud Əmiri-Müqəddam qeyd edib.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, cari ildə sözügedən ölkədə 500-dən çox insan edam edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*