Xəbər verdiyimiz kimi, İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri tənqid hədəfinə çevrilən əxlaq polisinin ləğv edildiyini açıqlayıb. Lakin İranın dövlət mediası Daxili İşlər Nazirliyinin əxlaq polisinə nəzarət etdiyini bildirərək, bu ittihamları təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xarici media Montazerinin açıqlamasını İslam Respublikasının hicab və din əxlaqı ilə bağlı mövqeyindən geri addım atması kimi qələmə verib.
Digər tərəfdən, İran Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsi belə bir qərarın onlara çatdırılmadığı bildirilib.
İran polisi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İranda əxlaq polisi 2006-cı ildə fəaliyyətə başlayıb.
İqbal Rzayev,
KONKRET.az