İran şiə Hizbullah hərəkatına kömək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır.
KONKRET.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
“Livan və Fələstin daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları İsrailin təcavüzündən müdafiə olunmaq üçün bütün lazımi imkanlara malikdir. Livan sübut etdi ki, özü tək İsraili məğlub etməyə qadirdir. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, – deyə Kənani mətbuat konfransında bildirib.
Yayımı SNN kanalı həyata keçirib.
Bu arada, Wall Street Journal-a görə, İsrail bu həftə Livana qurudan hücum edə bilər. İsrail bölmələri kəşfiyyat məlumatları toplamaq üçün artıq Livanın cənubunda kiçik reydlər keçirir.
Günel Mikayılova,
KONKRET.az