İran həbsxanalarında məhbuslara zorakılıq edilir.
KONKRET.az xəbər verir ki, “Karun” İnsan Haqları Təşkilatı Yəzd şəhərinin mərkəzi həbsxanasında Əhvaz ərəblərindən olan siyasi məhbuslar 35 yaşlı Məhəmməd Heydəri və 33 yaşlı Cəfər Beyt Abdullahın döyülməsi barədə xəbər verib.
Məlumata görə, iyunun 19-da döyülən məhbuslar ağır bədən xəsarətləri alıblar və həbsxananın klinik şöbəsində müalicə imkanı kifayət etmədiyi üçün Şəhid Fərruxi xəstəxanasına aparılıblar.
Məhəmməd Heydəriyə sinə nahiyəsindən Cəfər Beyt isə əl nahiyəsindən bıçaqla zərbələr alıb.
Hər iki məhbusun sağlamlığı barədə hələ də dəqiq məlumat yoxdur.