İran hökuməti İsraillə əməkdaşlıq edənlər üçün son möhləti açıqladı – TƏSLİM OLSALAR…backend

İran hökuməti İsraillə əməkdaşlıq edənlər üçün son möhləti açıqladı - TƏSLİM OLSALAR...

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi, sionist rejim tərəfindən “aldadılmış” və ya bilərəkdən İsraillə əməkdaşlıq edən bütün şəxslərə müraciət edərək, bu həftənin sonunadək könüllü şəkildə təslim olmağa və amnistiya almağa çağırıb.

KONKRET.az xəbər verir ki, çağırışa əsasən, 1404-cü ilin Tir ayının 1-i (miladi təqvimlə 2025-ci il, 22 iyun, bazar günü) tarixinədək İranın kəşfiyyat, polis və ya “Bəsic” qüvvələrinin mərkəzlərindən birinə müraciət edərək, istifadə etdikləri pilotsuz uçuş aparatlarını, avadanlıqları və silahları təhvil verən şəxslər əfv olunacaqlar.

Qeyd olunan tarixdən sonra təslim olmayanlar “beşinci kolon” kimi tanınacaq və onlara qarşı ciddi cəza tədbirləri görüləcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*