İran İraqdakı qərargahları bombaladıbackend

İran İraqdakı qərargahları bombaladı

İran Silahlı Qüvvələrinin quru qoşunları İraqın şimal regionlarını artilleriya atəşinə tutub.

KONKRET.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) məlumatına görə, İraqın şimalında yerləşən terrorçu qruplaşmaların mövqeləri və qərargahları bombardman edilib.

Artilleriya atəşinin nəticələri barədə hələlik məlumat verilmir.

İranın rəsmi mediası bildirir ki, bu barədə Sepahın bəyanatla çıxış edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*