İran Krım körpüsünə hücumu pisləyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib:
“Biz Ukraynada münaqişənin gərginləşməsinə yönəlmiş istənilən hərəkəti qeyri-konstruktiv və beynəlxalq sülh və təhlükəsizliyə zərbə vuran hesab edirik”.
Diplomat qeyd edib ki, münaqişənin kəskinləşməsi Tehranda narahatlıq yaradır. İslam Respublikası bu hücumu pisləyir.
Sevinc Paşayeva,
KONKRET.az