İran MAQATE ilə əməkdaşlığı tamamilə dayandırdı – Qalibafdan sərt açıqlamabackend

İran MAQATE ilə əməkdaşlığı tamamilə dayandırdı – Qalibafdan sərt açıqlama

İran İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqir Qalibaf rəsmi bəyanatla çıxış edərək İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) bütün əməkdaşlığını tamamilə dayandırdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Qalibafın sözlərinə görə, bu qərar İrana qarşı artan təzyiqlər və nüvə obyektlərinə edilən hücumlar fonunda qəbul olunub. O bildirib ki, İran öz milli maraqlarını qorumaq üçün bundan sonra nüvə məsələlərində beynəlxalq qurumlarla əməkdaşlıq aparmayacaq.

Bu addım beynəlxalq aləmdə ciddi narahatlıq doğurub və regionda gərginliyin daha da artacağı ehtimal olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*