İran mollası Azərbaycanı və Türkiyəni hədələdi: “Əfqanıstanın taleyini yaşayacaqlar”backend

İran mollası Azərbaycanı və Türkiyəni hədələdi: "Əfqanıstanın taleyini yaşayacaqlar"

İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.

KONKRET.az-ın məlumatına görə, İranın hərbi gücünün yüksək olduğunu iddia edən ali rəhbərin Həmədan əyalətinin “Ənsar əl-Hüseyn” korpusundakı nümayəndəsi Hüseyn Əliyi deyib ki, İsrail Amerikanın bölgədəki məğlubiyyətindən sonra onun yerinə doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır. İran buna imkan verməyəcək.

Xamneyinin nümayəndəsi İran rəsmilərinin ənənəvi çıxışlarını təkrar edərək, ölkənin şimal-qərbində sərhədlərin dəyişdirilməsinə yol verilməyəcəyini deyib.

“Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”-deyə, Hüseyn Əliyi bildirib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib.

“Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”-deyə, o qeyd edib.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*