İranın müdafiə naziri əmin olduğunu bildirib ki, Qafqazda müharibə olmayacaq və biz İran İslam Respublikasının bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan etmişik. Biz dövlətlər arasında sərhədlərin dəyişdirilməsini qəbul etmirik, lakin inanırıq ki, yaxın gələcəkdə regionda münaqişə ilə bağlı ciddi heç nə olmayacaq. Amma bu gün bu kadrlar İran seqmentində yayılmağa başlayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan bildirib.
O daha sonra yazıb: “İslam İnqilabı Keşikçiləri Korpusu quru qoşunlarını Naxçıvan istiqamətində Şimal-Qərb sərhədinə keçirir.
Bakının təminatlarına baxmayaraq, Tehran bölgədəki status-kvonu yenidən nəzərdən keçirən cəhdlərə müdaxilə etməyə hazır olduğunu nümayiş etdirib.
Bakının Naxçıvanda külli miqdarda qüvvə və vəsait topladığını nəzərə alan Tehran mümkün təcavüzə qarşı çəkindirici vasitələrdən istifadə edir.
Bu isə açıq şəkildə baş verir, video dövlət kanalları vasitəsilə yayılır ki, Ankara və Bakı siqnalı alsın”.
Rəsmiyyə Şərifova,
KONKRET.az