“Qarabağda müharibə zamanı İran Azərbaycanın tərəfində olmayıb”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri İran quru qoşunlarının komandiri Əmir Heydəri deyib.
General bildirib ki, “Biz Dağlıq Qarabağ münaqişəsindəki tərəflərdən heç birini dəstəkləməmişik və hətta fikir ayrılıqlarını həll etmək üçün müharibəni istisna etmişik. Ona görə də tərəflərə münaqişənin başqa həll yollarını təklif etmişik. Ancaq qırmızı xəttimiz budur ki, bölgənin rəsmi və beynəlxalq coğrafiyasında hər hansı bir dəyişikliyə icazə verməyəcəyik”.
General qeyd edib ki, İranın adıçəkilən iki ölkə ilə ortaq sərhədləri var. İran Silahlı Qüvvələri bu sərhədlərdə baş verən prosesləri yaxından izləyir:
“İran heç kimi təhdid etmir. Bu ölkəyə qarşı yazanlar bilməlidir ki, İran silahlı qüvvələri hər hansı bir düşmən qüvvəyə istənilən an cavab verməyə hazırdır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az