İran nümayəndə heyəti Ermənistanın bölgədə təhdid yarada biləcək fəaliyyətindən narahatlığını ifadə etdibackend

İran nümayəndə heyəti Ermənistanın bölgədə təhdid yarada biləcək fəaliyyətindən narahatlığını ifadə etdi

Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykənir.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti sentyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə bildirib.

Mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyi qeyd edilib.

Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib.//Ordu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*