Böyük Britaniya, Almaniya, ABŞ və Fransa İrandan nüvə materiallarının yeri barədə məlumat verməsini tələb ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş MAQATE Rəhbərlər Şurasının iclasında dörd ölkənin bəyanatında deyilir.
“Həll edilməmiş [MAQATE] təhlükəsizlik tədbirləri məsələlərinə gəlincə, qeyd edirik ki, İran agentlik tərəfindən Turkuzabad və Varamində aşkar edilmiş antropogen uran hissəcikləri məsələsini hələ də həll etməyib. Agentliyin aydın sorğusuna uyğun olaraq, İran Türkuzabad və Varamində çirklənmiş avadanlığın cari yeri barədə gecikmədən texniki cəhətdən etibarlı məlumat verməlidir”, – bəyanatda qeyd edilir.
Ariz Həsənoğlu,
KONKRET.az