İran parlamentində Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə şəxsin həlak olması məsələsi müzakirə olunub.
KONKRET.az xəbər verir ki, Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Borucerdi buna cavabın vacib olduğunu vurğulayıb.
“Düşünürəm ki, İran hökuməti bunu pisləməklə yanaşı, sionist rejiminə qarşı ən qısa zamanda qətiyyətli cavab verməlidir”.
Xatırladaq ki, İsrailin hücum nəticəsində İranın Livandakı səfirinin gözləri çıxıb.
Məlik,
KONKRET.az