İran Prezidenti: “Ölkədəki etirazlara sərt cavab veriləcək”backend

İran Prezidenti: “Ölkədəki etirazlara sərt cavab veriləcək”

“İran Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlara sərt cavab verməlidir”.

KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu prezident İbrahim Rəisi deyib.

Agentlik qeyd edir ki, ölkədə son illərin ən böyük etiraz aksiyaları keçirilir. Məlum olduğu kimi, İran rəhbəri etirazla ictimai asayişin və təhlükəsizliyin pozulmasını bir-birindən ayırmağın vacibliyinə işarə vurub.

O, ölkədə baş verən hadisələri iğtişaş adlandırıb. Bununla bağlı prezident “ölkənin təhlükəsizliyinə və əmin-amanlığına qarşı çıxanlarla məşğul olacağına” söz verib.

Yerli televiziyanın məlumatına görə, həftə ərzində iğtişaşlar zamanı ən azı 41 nəfər həlak olub. Qeyd olunur ki, İranın əksər əyalətlərində etiraz aksiyaları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*