“İran rejimi Ermənistandan Azərbaycana qarşı istifadə edir” – Qrinberqbackend

"İran rejimi Ermənistandan Azərbaycana qarşı istifadə edir" - Qrinberq

İran rejimi Ermənistandan Azərbaycanda sabitliyi pozmaq üçün istifadə edir.

KONKRET.az xəbər verir ki, bu barədə JISS Jerusalem Strategiya və Təhlükəsizlik İnstitutunun İran və Rusiya üzrə aparıcı mütəxəssisi Aleksandr Qrinberq İ24 telekanalına müsahibəsində bildirib.

O deyib ki, İran Ermənistandan Azərbaycana qarşı istifadə edir.

“İran Ermənistana kömək edir. O da öz növbəsində Qarabağdakı separatçı rejimi dəstəkləyir və regionda atmosferi daha da pozur. Xüsusilə, Ermənistan qüvvələri bir neçə həftə əvvəl İrandan aldıqları İranın hücum pilotsuz təyyarəsindən ilk dəfə istifadə ediblər”, – keçmiş İsrail hərbi kəşfiyyatçısı vurğulayıb.

Qrinberq İran-Azərbaycan münasibətlərində gərginlikdən də danışıb.

“İranın Azərbaycanla münasibətləri həmişə gərgin olub… Unutmaq olmaz ki, İranın şimal bölgəsində Azərbaycan dilində danışan və onlara zülm edən rejimi həqiqətən sevməyən azərbaycanlılar yaşayır”, – israilli siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi absurd münaqişədir, çünki Qarabağ Azərbaycan ərazisidir.

“Qarabağda indiki münaqişə normal geosiyasi münaqişə deyil. O mənada ki, bununla bağlı heç bir beynəlxalq ziddiyyət yoxdur.

Bu, Azərbaycan ərazisidir və biz bunu BMT-nin bütün mövcud qanunvericiliyində görə bilərik. Üstəlik, Ermənistan özü Qarabağı tanımır, lakin erməni separatçılarına silah ötürür”, – Qrinberq deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*