İran rəsmisi: Bəzi vətəndaşlar böyrəyini satmaq üçün İraqa üz tuturbackend

İran rəsmisi: Bəzi vətəndaşlar böyrəyini satmaq üçün İraqa üz tutur

Kermanşah şəhərində Böyrək Xəstələrinə Dəstək Dərnəyinin sədri Hüseyn Bəyləri “KhabarOnline” saytına açıqlamasında deyib ki, bəzi könüllü İran vətəndaşları İraqa gedir və orada öz böyrəklərini baha qiymətə (dollarla) satırlar.

KONKRET.az xəbər verir ki, “Azad İran” Telegram kanalının xəbərinə görə, o, daha sonra bildirib: “Bizə müraciət edənlərdən bəziləri böyrək qiymətlərini az hesab etdiklərində, bunun üçün İraqa gedəcəklərini deyirlər”.

Onun sözlərinə görə, böyrəyini satanların sayının çox olmasına baxmayaraq, xəstələrin bunu almağa maddi imkanı çatmır və böyrək köçürmələrinin sayı azalıb.

Məlumata görə, böyrək satışının rəsmi qiyməti Böyrək Xəstələrinə Dəstək Dərnəklərində bağlanan müqavilə əsasında 80 milyon tüməndir. Lakin sözügedən dərnəkdən kənarda 150-300 milyon tümən arasında dəyişir.

Xatırladaq ki, daha öncə Gilan vilayətinin Böyrək Xəstələrinə Dəstək Birliyinin sədri Huşəng Rizvanpənah yoxsulluq və maddi problemlər ucbatından böyrək satışı üçün müraciət edənlərin sayının artdığını açıqlayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*