“İran Rusiya və digər ölkələrin İsrailin Livandakı hərbi əməliyyatını dayandırmaq səylərini dəstəkləyir”.
KONKRET.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı bildirib: “Biz atəşkəslə bağlı istənilən qərarı alqışlayırıq. Burada hansı ölkənin rol oynamsı önəmli deyil. Əsas odur ki, atəş dayandırılsın”. Diplomat bildirib ki, Livan məsələsi ilə bağlı Rusiya ilə bütün mövzular üzrə məsləhətləşmələr davam edir. Onun fikrincə, İsrail Livanda sülh istəmir, bunu İsrail rəsmilərinin açıqladığı bəyanatlar da göstərir.
Vəli Həsənoğlu,
KONKRET.az