İran səfiri Portuqaliya XİN-ə çağırıldıbackend

İran səfiri Portuqaliya XİN-ə çağırıldı

Portuqaliyanın Xarici İşlər Nazirliyi “MSC Aries” konteyner gəmisinin buraxılmasını tələb etmək və İranın İsrailə hücumunu pisləmək üçün İslam Respublikasının səfirini nazirliyə çağırıb.

KONKRET.az xəbər verir ki, Portuqaliya gəmi heyətinin azad edilməsini tələb edib və Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib.

Nazirlik bu rəsmi tədbirin nəticələrini gözləyəcəyini və əlavə addımları onlara əsaslanaraq qiymətləndirəcəyini bildirib.

Xatırladaq ki, SEPAH xüsusi təyinatlıları Fars körfəzində “MSC Aries” adlı gəmini ələ keçirib. Gəminin Portuqaliya bayrağı altında üzdüyü və israilli milyarderə məxsus London şirkəti ilə əlaqəli olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*