İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib.
KONKRET.az xəbər verir ki, bununla bağlı diplomatik missiyanın “X” hesabında paylaşım edilib.
“İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”, – paylaşımda qeyd olunub.