İran Təhsil Nazirliyi “Azərbaycan” sözünü dərslikdən çıxarıb – FOTObackend

İran Təhsil Nazirliyi "Azərbaycan" sözünü dərslikdən çıxarıb - FOTO

İran Təhsil Nazirliyi 3-cü sinifin yeni dərslik kitabının “Dehqane fədakar” (fədakar əkinçi) hekayəsindən “Azərbaycan” adını çıxarıb.

KONKRET.az xəbər verir ki, buna qədər uzun illər boyu tədris edilən və hər kəsə tanış olan “Fədakar əkinçi” hekayəsində “Payızın soyuq günlərindən birinin gün batan çağı idi. Günəş Azərbaycanın qarlı dağlarının birinin arxasında gizlənmişdi” kimi başlayan hissəsindən “Azərbaycan” sözü çıxarılıb.

Bununla yanaşı, on illər boyu “Fədakar əkinçi” hekayəsində hamıya tanış olan rəsmdə də dəyişiklik edilib. Rəsmdəki personajın “islamlaşdırılması” məqsədilə “fədakar əkinçi”yə alt köynəyi geyindirilməsi sosial şəbəkə istifadəçilərinin istehzası ilə qarşılanıb. Qeyd edək ki, dərslikdə verilən hekayə real hadisə əsasında qələmə alınıb. Hadisə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərinin Qalacıq kəndində baş verib. Belə ki, 1961-ci ilin payızında “Rizəli Hacəvi” adlı 32 yaşlı əkinçi gecə saatlarında dağ uçqunu nəticəsində Təbriz-Tehran dəmir yolu xəttinin bağlandığını görür. O, köynəyini çıxararaq yandırır, yaxınlaşmaqda olan qatara doğru qaçaraq bu vasitə ilə maşinisti xəbərdar edir və beləliklə bədbəxt hadisənin baş verməsinin qarşısını alır.

Rizəli Hacəvi 2017-ci ildə 87 yaşında Təbriz xəstəxanalarından birində dünyasını dəyişib. Onun oğlu Yunis Hacəvi 2018-ci ildə yerli mediaya verdiyi müsahibədə atasının hər zaman ona dəyər verilməməsindən gileyləndiyini bildirmişdi.

“Azad İran”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*