İran üçün TAYMER qoşuldu: Qüds, yoxsa Ağ Ev ssenarisi? – Bakıdan MESAJbackend

İran üçün TAYMER qoşuldu: Qüds, yoxsa Ağ Ev ssenarisi? - Bakıdan MESAJ

“Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.

• Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur.

Prezidentin çıxışının bu hissəsinə aid onu deyə bilərəm ki, elə təkcə İranda rəsmi məlumatlara görə 32, qeyri-rəsmi mənbələrdə 40 milyona yaxın azərbaycanlı yaşayır. İran Azərbaycanın cənub qonşusudur. Orta əsrlərdən başlasaq, indiki İranın ərazisi Azərbaycanın imperiyası olmuş Səfəvilərin, daha sonra cənub xanlıqlarımızın ərazisidir. Amma orada 1925-də Britaniyanın şah, 1979-da isə Fransanın molla rejimi hakimiyyətə yiyələnib. Hökumətdə əsasən farslar təmsil olunduğu üçün digər millətlərin azadlıqları edam olunub. Hazırda İranda baş verənlər yeni quruluşa keçid kimi də qiymətləndirilir. Çünki məcburən niqablanan qadınlar SEPAH-ın ölüm təhdidlərindən də qorxmayaraq başlarını açırlar. Öldürülənlər arasında soydaşlarımız da var.

• Onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

İrandakı etirazlar hələ ki aksiya xarakterlidir. Çünki bu dövlətin taleyi ilə bağlı ortaq məxrəcə gəlinməyib. Trampın zamanında İranın bir neçə dövlətə parçalanması razılaşdırılmışdı. Qüds ssenarisi ilə İranda çoxluq təşkil edən farslar, azərbaycanlılar, kürdlər, ərəblər olduğu üçün sadalanan millətlərin hər biri dövlət qurmalıdır. Sadəcə, İsrail Bayden Administrasiyasından narazılıq edirsə, deməli Ağ Ev planları sürüşdürməklə məşğuldur. Bill Qeytsin qlobal repressiya eyhamlarını və ABŞ-ın Əfqanıstanda Taliban üçün yetərincə silah saxladığını nəzərə alsaq, Amerika İranı qaynar nöqtəyə çevirib Fars körfəzindəki faydalı qazıntılara nəzarətə yiyələnmək istəyə bilər.

Bu etirazlar isə vətəndaş müharibəsinə çevrilsə, İran vətəndaşı olan adıçəkilən millətlər dövlət qurmağa çalışacaqlar. Paytaxtı Ərdəbil, yaxud Təbriz olmaqla Cənubi Azərbaycanın yaranması isə farslar üçün əsas təhdiddir. Çünki farslar 1921-ci ildə Azərbaycan mənşəli Qacarlar sülaləsini taxtdan salıb və türklərin hakimiyyətə qayıtmasını istəmirlər. Qafanda konsulluq açmaları, məsciddə donuz saxlayanlara arxa-dayaq olmaqları, vaxtaşırı Araz çayı sahilində hərbi təlim keçirmələri də Azərbaycan adlı təlatümləri ilə bağlıdır. Hakimiyyətlərini əldə saxlamaq üçün İranda yaşayan azərbaycanlılara qarşı repressiyaları artıra da bilərlər. Bu halda isə soydaşlarımız bizdən mədət umacaq. Türk türkü darda qoymaz. Hazırkı İran etirazlarının Səttarxan, Pişəvəri hərəkatına çevrilməsi üçün mərhum şair Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeirindən çox yox, 1-2 bənd səsləndirmək kifayətdir:

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!

Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə  bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!

– Prezident İlham Əliyevin çıxışının bəhs etdiyim hissəsinin davamı belədir:

“Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Məncə, mesaj çox aydındır və ünvanına çatıb.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*