İran Prezident Məsud Pezeşkian bu ilin noyabrında Rusiyada Prezident Vladimir Putinlə görüşəcək.
KONKRET.az “Tasnim”a istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani sentyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün noyabrda Tatarıstanın Kazan şəhərinə səfər edəcək. O, tədbir çərçivəsində Rusiya Prezidenti ilə də ikitərəfli görüş keçirəcək.