İran və Şimali Koreya ilə bağlı ofis yaradılır – Ermənistan da qara siyahıya salınıbbackend

İran və Şimali Koreya ilə bağlı ofis yaradılır - Ermənistan da qara siyahıya salınıb

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin nəzdində yeni mərkəz yaradılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Çin Missiya Mərkəzi adlı yeni ofis Çin Xalq Respublikasının yaratdığı qlobal problemlə məşğul olacaq.

Vaşinqton Post-un gizli xidmətdəki mənbəyinin verdiyi məlumata görə, mərkəzdə çoxlu sayda eskpert, analitik, kəşfiyyatçı dünyanın hər yerindən gələn kəşfiyyat məlumatlarını öyrənməklə bu informasiyaları istiqamətləndirəcək.

Ofisdə Çinin maraqlarına qarşı çıxmaq üçün texnoloq və mütəxəssislər də olacaq. Qeyd edək ki, bənzər bir mərkəz soyuq müharibə dövründə SSRİ-yə qarşı da yaradılmışdı.

Associated Press-in yaydığı məlumata görə, İran və Şimali Koreyaya yönəlmiş iki layihə isə Mayk Pompeo tərəfindən dəstəklənib. “Bu qruplar indi Yaxın Şərq və Şərqi Asiyaya yönəlmiş regional mərkəzlərə birləşdiriləcək”, – deyə New York Times-a bildirilib.

Həmin məlumatlalra görə, İranla dost olan regional ölkələr arasında Ermənistanın adı qeyd edilib.

Bütün bunlar isə onu deməyə əsas verir ki, bu ofislərdə nəinki İran, hətta Ermənistanın regionda sülhü poza biləcək dağıdıcı mövqeyi də diqqət mərkəzində olacaq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*