İran və Türkiyə prezidentləri arasında telefon danışığı olubbackend

İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı ilə telefon danışığında onu Qurban bayramı münasibətilə təbrik edərək Fələstin məsələsində İslam dünyasının birliyinin və Tehranla Ankara arasında əlaqələrin dərinləşməsinin vacibliyini vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində bildirib: “İki ölkənin Ali Əməkdaşlıq Şurasının qərarlarının tam şəkildə yerinə yetirilməsi İran-Türkiyə əlaqələrinin dərinləşməsinə səbəb olacaq”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*