İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıbbackend

İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb

İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

“Məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var. Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik”, – deyə o bildirib.

Diplomat vurğulayıb ki, 13 aprel hücumu məhdud xarakter daşıyır və minimum çərçivədən kənara çıxmayıb.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və  “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır. (oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*