İran XİN Türkiyə ilə Suriyaya dair fikir ayrılıqlarının olduğunu AÇIQLADIbackend

İran XİN Türkiyə ilə Suriyaya dair fikir ayrılıqlarının olduğunu AÇIQLADI

İran və Türkiyə arasında əlaqələr strateji səviyyədədir.

KONKRET.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin İraq və Suriyanın şimalında keçirdiyi hərbi əməliyyata dair sualına cavabında bildirib.

“İran və Türkiyə arasında əlaqələr strateji səviyyədədir. Lakin Suriya ilə bağlı fikir ayrılıqları var. Çalışırıq “Astana prosesi” ilə bu məsələni həll edək. Bu formatda son görüşdə bildirdik ki, müharibə həll yolu deyil. Suriyanın ərazi bütövlüyü qorunmalıdır. Bunu aydın şəkildə türkiyəli dostlarımıza bildirmişik”, – Səid Xətibzadə deyib.

O, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Türkiyəyə planlaşdırılan səfərinə də münasibət bildirib: “Regionda önəmli işlərimizdən biri Türkiyə ilə əməkdaşlığımızdır. Ötən illər ərzində Türkiyə ilə ən sabit əlaqələrimiz olub. Hər iki tərəf çalışır ki, bu səfər tez bir zamanda baş tutsun”.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*