İran yenidən Hayfa və Təl-Əvivİ VURDUbackend

İran yenidən Hayfa və Təl-Əvivi VURDU

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İsrailin Hayfa və Təl-Əviv şəhərlərində yerləşən hərbi hədəflər və hərbi sənaye ilə bağlı sənaye mərkəzləri İran raket və dron hücumlarına məruz qalıb.. 

KONKRET.az xəbər verir ki, SEPAH-ın yaydığı rəsmi açıqlamada qeyd olunur:

“İran əməliyyatı davam etdirir və bu çərçivədə artıq 100-dən çox pilotsuz uçuş aparatı (PUA) cəlb olunub. Biz hərbi obyektlərə və İsrailin hərbi sənayesinə qarşı raket zərbələrinin miqyasını artırmağı planlaşdırırıq.”

Hücumların nəticələri barədə hələlik İsrail tərəfindən ətraflı açıqlama verilməyib, lakin Təl-Əviv və Hayfa bölgələrindəki partlayışlar və dağıntılar barədə yerli KİV-lər məlumat yayır.

Natiq Səlim,
KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*