İran yük maşınları Tatev aşırımında İLİŞİB QALDI – Ölən var – FOTObackend

İran yük maşınları Tatev aşırımında İLİŞİB QALDI - Ölən var - FOTO

İran yük maşınları Tatev aşırımında ilişib qalıb. Xilasedicilər Ermənistan və İran yük maşınlarını yedəkləməli olublar.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Tatev-Çertov körpüsü hissəsində nəqliyyatın hərəkəti baxımından vəziyyət gərgin olaraq qalır.

Hava şəraiti ilə əlaqədar yük maşınları yoldan keçə bilmir və tıxac yaranıb. Bu yol həm də dar və çox dikdir.

Dekabrın 8-də saat 07:50 radələrində yolun bağlandığı, avtomobillərin hərəkət edə bilməyəcəyi barədə siqnal daxil olub.

Zəng üzrə gələn xilasedicilər 10 İran yük maşını və 3 erməni yük avtomobilini yedəkləyiblər. Sonra yol yenidən bağlanıb.

“Tatev-Aqvani yolunda böyük tıxac səbəbindən fövqəladə vəziyyət yaranıb, insanların köməyə ehtiyacı var.

Təcili yardım maşınında yaranan tıxac səbəbindən iki nəfər ölüb”, – deyə hadisə yerindən sürücülər bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*