İrana keçməyə çalışan 40 mindən çox əfqanıstanlı həbs edildibackend

İrana keçməyə çalışan 40 mindən çox əfqanıstanlı həbs edildi

İranın Pakistan və Əfqanıstanla sərhədlərində 40 509 qeyri-qanuni əfqanıstanlı miqrant həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin sərhəd-mühafizə polisi komandiri Reza Şocai açıqlama verib.

Onun sözlərinə görə, əcnəbi vətəndaşlar ortaq sərhədlər vasitəsilə qeyri-qanuni yollarla İrana daxil olmağa cəhd ediblər.

R.Şocai sərhəd təhlükəsizliyinin qorunmasının onun sərhəd mühafizə qüvvələri üçün əsas prioritet olduğunu vurğulayıb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*