İranda 1 saat masaj və cinsi xidmətin qiyməti 500 min tüməndirbackend

İranda 1 saat masaj və cinsi xidmətin qiyməti 500 min tüməndir

İranda 1 saat masaj və cinsi xidmətin qiyməti 500 min tüməndir.

KONKRET.az bu barədə İran mediasına istinadla xəbər verir. “Independent Persian”: “Müxtəlif cinsi xidmətlərlə masaj”.

Bir qayda olaraq, masaj salonlarının rəngarəng və geniş reklamları arasında belə bir cümləyə rast gəlmək olmaz, lakin bu o demək deyil ki, İranın mərkəzində cinsi xidmətləri olan masaj əldə etmək çətinləşib.

Son 10 il ərzində masaj xidmətləri göstərən mərkəzlərin sayı demək olar ki, hər gün bir az daha çoxalıb və bu mərkəzlərə cinsi xidmətlər də əlavə edilib.

Əsasən Tehran kimi böyük şəhərlərdə xidmət göstərən bu masaj salonlarında göstərilən cinsi xidmətlərdən istəyə uyğun olaraq, başqa bir yerdə, yaxud evdə də faydalanmaq olar. Təbii ki, bu xidmətlərin vaxtı və növü ödənişi edən şəxsin ödədiyi pulun miqdarına görə müxtəlif ola bilər.

Hazırda Tehranın qərbində fəaliyyət göstərən masaj salonlarından birində cinsi xidmətlərin də təklif edildiyi və peşəkar masajçılar tərəfindən icra edilən masajların 1 saatının qiyməti təxminən 600 min tüməndir. Eyni mərkəzdə göstərilən sadə masajların qiyməti isə 300 min tümən təşkil edir.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*